• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Prezidentlə xanımının qürurla qaldırdığı portretlər...

  • 28.09.2021, 09:52, Baxış sayı:
  • 334
Prezidentlə xanımının qürurla qaldırdığı portretlər...
Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq Bakıda bu gün keçirilən yürüşdə Prezident İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Adil İbrahimlinin, Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə terroru zamanı şəhid olan 10 aylıq Narin Xalıqovanın portretini qürurla daşıyıb.
“Qafqazinfo” xəbər verir ki, 10 aylıq Narin oktyabrın 17-də Ermənistanın dövlət terrorunun qurbanı olub. Həmin gün anası Sevil Əsgərova ilə dayısı Bəxtiyarın evində qonaq olan Narin ermənilərin mülki əhalinin yaşadığı evləri raket atəşinə tutması nəticəsində həlak olub.
O gün Narinlə birgə anası Sevil, babası Suliddin, dayısı Bəxtiyar və xalası qızı 15 yaşlı Nigar erməni terrorizminin qurbanı olub. Ailənin tək övladı olan Narin 5 illik övlad həsrətindən sonra dünyaya gəlmişdi. Ana ilə körpəsi eyni məzarda dəfn edilib. Nazirlər Kabinetinin qərarı ilə 10 aylıq Narinə şəhid statusu verilib.
Ali Baş Komandanın tutduğu portretdəki Adil İbrahimli Vətən Müharibəsinin sonuncu günlərində, Şuşa istiqamətində aparılan döyüş əməliyyatlarında, Xocavənd rayonu ərazisində şəhid olub. II Fəxri xiyabanda dəfn olunub. Dəfn mərasimi zamanı onun cənazəsini həyat yoldaşı Nargül daşıyıb.

Adil İbrahimli 1992-ci ildə Sumqayıt şəhərində anadan olub. 16 yaşında Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 19 yaşından Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Adilin 2 övladı yadigar qalıb. Adil İbrahimli 2017-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında Baş Kəşfiyyatçı, Qrup Komandirinin müavini, Qrup Komandiri vəzifələrində xidmət edib.
Şəhadətə yüksəldikdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə 28 yaşlı baş leytenant Adil İbrahimli "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda" medalı, Şuşanın və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilib.
A.İbrahimlinin yaşadığı ərazidə adına bulaq tikilib. Adil İbrahimlinin qaynı Elton Qəmbərli də Vətən Müharibəsi zamanı şəhid olub.

/Muganinsesi.az/
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter