• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Təhsil Nazirliyi 45 minə yaxın şagirdə pulsuz məktəbli ləvazimatı verib

  • 24.09.2021, 17:15, Baxış sayı:
  • 416
Təhsil Nazirliyi 45 minə yaxın şagirdə pulsuz məktəbli ləvazimatı verib
Yeni tədris ilində ümumi təhsil müəssisələrinin I sinifləri üçün resurs dəsti paylanılıb.
Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, bu ildən pilot olaraq həyata keçirilən layihə çərçivəsində resurs dəstləri 27 şəhər və rayon üzrə seçilmiş məktəblərə təqdim edilib və ümumilikdə 45 minə yaxın şagirdi əhatə edir.
Dəstin paylanılmasında məqsəd siniflərin tədris materiallarına olan ehtiyaclarının təmin edilməsidir. Bu dəstlər yalnız I siniflər üçün nəzərdə tutulur və A 4, vatman kağızları, təbaşir, marker, qayçı, lövhə üçün transporter, ölçü vahidləri, həndəsə taxtası və digər lazımi vəsaitlər daxildir. Dəstə daxil olan bəzi resurslar tədris il boyu, bəziləri isə hətta 4 il müddətində istifadə oluna bilər.
Qeyd edək ki, məktəblərdə şagird və müəllimlərin lazımi tədris resursları ilə təminatı Təhsil Nazirliyinin əsas fəaliyyət istiqamətlərindəndir. Sözügedən proses növbəti illərdə də davam etdiriləcək. Layihə çərçivəsində 44 günlük Vətən müharibəsi zamanı zərər görmüş bölgələrdəki şagird və müəllimlərin tədrislə bağlı fərdi ehtiyacları xüsusi diqqətdə saxlanılacaq.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter