• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Hava şəraiti dəyişir: leysan, dolu, sel olacaq - İyulun 15-dək...

  • 13.07.2021, 12:49, Baxış sayı:
  • 338
Hava şəraiti dəyişir: leysan, dolu, sel olacaq - İyulun 15-dək...
Bu günə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26 isti, gündüz 32-36 isti olacaq. Bakıda gecə 24-26 isti, gündüz 34-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq. Mülayim şimal küləyi əsəcək.
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25 isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.
Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 33-38 isti, dağlarda gecə 13-18 isti, gündüz 20-25 dərəcə isti olacaq.
İyulun 13-ü günün ikinci yarısından 15-i gündüzədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter