Əhaliyə ÇAĞIRIŞ OLUNDU - TƏCİLİ
- 22.08.2021, 13:22, Baxış sayı:
- 285
Facebook
Вконтакте
Одноклассники
Google+
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı əhalinin vaksin olunması üçün çağırış edib.
O, bu barədə "Twitter" hesabında paylaşım edib.
"Sağlamlığımızı qorumaqda, peyvənd olunmaqda qərarlı olduğumuz müddətcə ürəkaçıcı nəticələrə birlikdə şahid olacağıq. Azərbaycanda vaksin olunanlar arasında 0,6 faiz yoluxma halı müşahidə olunub", - deyə R.Bayramlı qeyd edib.
Xatırladaq ki, hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 6 milyon 110 min 185, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 milyon 667 min 494, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 milyon 442 min 691 təşkil edir.