SON DƏQİQƏ: Mövqelərimiz ATƏŞƏ TUTULDU
- 08.08.2021, 15:31, Baxış sayı:
- 361
Facebook
Вконтакте
Одноклассники
Google+
Avqustun 8-i saat 13:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.