SON DƏQİQƏ: ermənilər Kəlbəcəri atəşə tutdu
- 29.07.2021, 14:37, Baxış sayı:
- 446
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
İyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub.
Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb.
Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
/Muganinsesi.az/