Şuşa atəşə tutuldu, Ordumuz cavab verdi
- 15.07.2021, 15:04, Baxış sayı:
- 390
Facebook
Вконтакте
Одноклассники
Google+
İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub.
“Muganinsesi.az” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.