Peyvənd vurdurmayan müəllimlərin yeni dərs ilində məktəbə qayıdıb-qayıtmayacağına aydınlıq gətirilib
- 10.06.2021, 20:59, Baxış sayı:
- 465
Facebook
Вконтакте
Одноклассники
Google+
Təhsil naziri Emin Əmrullayev vaksin vurdurmayan müəllimlərin sentyabrda dərsə qayıdıb-qayıtmayacağına aydınlıq gətirib.
Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib ki, immuniteti olan müəllimlərin məktəblərə gəlməsi daha düzgündür: “İmmuniteti olmayanların məktəbə gəlmələrini təhlükəli hesab edirik. İlk növbədə həmin adamların özləri üçün bu, təhlükəlidir. Çünki yoluxma artanda öyrənmə prosesi dayanır və biz istəməzdik ki, öyrənmə prosesi dayansın”.
/Muganinsesi.az/