• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycandan Ermənistana SƏRT XƏBƏRDARLIQ

  • 02.06.2021, 16:05, Baxış sayı:
  • 488
Azərbaycandan Ermənistana SƏRT XƏBƏRDARLIQ
"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə müdaxiləsi növbəti təxribatdır və bunun məsuliyyəti tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür. Baş verən hadisə bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyətin və Azərbaycan tərəfinin sərhəd məsələlərinin danışıqlar və dialoq yolu ilə həll edilməsi ilə bağlı çağırışlarına zidd olaraq Ermənistan iki ölkənin dövlət sərhədi boyunca vəziyyəti gərginləşdirmək məqsədini güdür".
Publika.az xəbər verir ki, bu fikirlər Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin yaydığı birgə məlumatda bildirilib.
"Azərbaycan Respublikasının dövlət sərhədlərinin pozulması və ölkəmizin ərazisinə Ermənistan silahlı qüvvələrinin müdaxiləsi hallarının qarşısı bundan sonra da qəti tədbirlər vasitəsilə alınacaq. Ermənistan məsuliyyətli davranmalı, qonşu dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmət etməli və regionda vəziyyəti gərginləşdirə biləcək təxribatlardan çəkinməlidir", məlumatda qeyd olunub.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti Kəlbəcərdə Azərbaycan sərhədini pozan erməni hərbçiləri ərazidən çıxarılması ilə bağlı məlumat yayıb.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter