• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

TƏCİLİ: Sərhəddə gərginlik artdı - ERMƏNİSTANDA HƏRBİ VƏZİYYƏT...

  • 28.05.2021, 18:37, Baxış sayı:
  • 369
TƏCİLİ: Sərhəddə gərginlik artdı - ERMƏNİSTANDA HƏRBİ VƏZİYYƏT...
Ermənistanda hərbi vəziyyət elan edilə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Koçaryan danışıb.
O, hərbi vəziyyətin Azərbaycanla sərhəddəki vəziyyətin daha da gərginləşəcəyi halda elan oluna biləcəyini qeyd edib.
"Ötən gün Nikol Paşinyan Ermənistanda hərbi vəziyyətin tətbiq olunmasına ehtiyac olmadığını desə də, bu gün parlamentdə məsələ gündəmə gətirilib və sərhəddə vəziyyətin inkişafına uyğun qərarın verilə biləcəyi istisna edilmir".
Bu fikirləri siyasi şərhçi Asif Nərimanlı deyib. O qeyd edib ki, hərbi vəziyyət elan olunarsa, növbədənkənar parlament seçkiləri təxirə salına bilər:
"Bu, seçki ilə bağlı risklər fonunda N.Paşinyan hakimiyyətinə sərf edir.
- Hakim komanda hökuməti təkbaşına formalaşdıracaq qədər səs toplamaya bilər;
- Seçkidə qalib gəlsə də, növbəti günlərdə ciddi iğtişaşlar gözləniləndir;
- Parlamentin formalaşması Rusiyanın istəyinə uyğun olmasa, hakimiyyətin devrilməsi üçün fərqli üsullar gündəmə gələ bilər: Koçaryanın daşnaklarla ittifaq qurması bu kontekstdə təsadüfi deyil;
Sərhəddə erməni diversiyasının artması və gərginliyin yüksəldilməsinin seçkiyə hesablanmış hədəflərindən biri budur və hərbi vəziyyətlə bağlı qərarın parlament müxalifətinin də dəstəyi ilə qəbul edilməsi ehtimalı alternativ variant kimi saxlanılır".
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter