Çimərliklərlə bağlı YENİLİKLƏR olacaq - RƏSMİ
- 21.05.2021, 15:07, Baxış sayı:
- 350
Facebook
Вконтакте
Одноклассники
Google+
Paytaxtdakı ictimai çimərliklərdə yay mövsümünə hazırlıq başa çatıb.
Bakı Şəhər İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, qarşıdan gələn çimərlik mövsümü ilə əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin sahil kənarı ərazilərində yaradılan ictimai çimərliklərdə movsümə hazırlıq işləri başa çatıb.
2 ildir ki, Abşeron yarımadasının Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində, Səbail rayonunda, “Şıx” çimərlik ərazısındə - ümumilikdə 6 yerdə fəaliyyət göstərən bu çimərliklər şəhər sakinlərinin Leyla xanım Əliyevaya müraciətlərindən sonra paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzlərinə və çimərliklərə alternativ olaraq yaradılıb.