2 şəhər, 8 rayonda ictimai nəqliyyat tamamilə işləməyəcək
- 06.11.2020, 15:33, Baxış sayı:
- 486
Facebook
Вконтакте
Одноклассники
Google+
7 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək bəzi ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılacaq.
“Muğanın səsi” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Həmin ərazilər Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarıdır.
Xatırladaq ki, bu vaxtadək həmin inzibati ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti yalnız həftə sonları dayandırılırdı.