• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bakıda polis sevgilisini GÜLLƏLƏDİ: Prokurorlar hadisə yerində

  • 20.05.2021, 15:42, Baxış sayı:
  • 350
Bakıda polis sevgilisini GÜLLƏLƏDİ: Prokurorlar hadisə yerində
Mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 26 yaşlı Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 25 yaşlı Fatimə Hüseynovanı qətlə yetirib, özü isə intihara cəhd edib.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, H.Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.
Qeyd edək ki, qətlə yetirilən qadın polis əməkdaşının sevgilisi olub.
Bakıda polisin qadını güllələməsi və daha sonra intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən faktla bağlı Baş Prokurorluğun istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb: “Hazırda Baş Prokurorluğun istintaq idarəsinin kriminalistika şöbəsinin və Yasamal rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədir”.
G.Səlimzadə onu da qeyd edib ki, bu barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter