Şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK
- 11.03.2021, 14:05, Baxış sayı:
- 431
Facebook
Вконтакте
Одноклассники
Google+
Yeni nəsil şəxsiyyət vəsiqələrinin elektron çipinə daxil edilən elektron imza sertifikatlarının aktiviləşdirilməsinin ödənişsiz təşkili üçün layihə hazırlanıb.
“Muganinsesi.az”ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.
Yeni nəsil şəxsiyyət vəsiqələrinin elektron çipinə daxil edilən elektron imza sertifikatlarının aktiviləşdirilməsinin ödənişsiz təşkili Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən "Azərbaycan Respubvlikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanunun tətbiqi barədə Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Prezidentinin fərman layihəsi hazırlanıb.
Hazırda layihənin razılaşdırılması üçün işlər davam etdirilir.