• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Qaz, işıq və su haqda qanunlara dəyişiklik qəbul edildi

  • 23.02.2021, 15:47, Baxış sayı:
  • 467
Qaz, işıq və su haqda qanunlara dəyişiklik qəbul edildi
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlara dəyişiklik birinci oxunuşda müzakirəyə çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, təklif edilən dəyişikliklər elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı aşkar edilmiş qanunsuz istifadə hallarının rəsmiləşdirilməsində yaranan problemlərin aradan qaldırılması məqsədilə hazırlanıb.
“Qaz təchizatı haqqında" qanunun 3-cü maddəsinə yeni bəndlər əlavə edilir. Təklif edilən 5-1-ci bəndə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı yoxlamaları “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
5-2-ci bəndə isə təklif edilir ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
Ümumilikdə isə müvafiq qanunlara sözügedən dəyişikliklər enerji, su və qaz təchizat müəssisələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən sayğaclara müdaxilə, habelə sayğacdankənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının araşdırılması ilə bağlı yoxlamaların keçirilməsinə hüquqi əsasın yaradılmasını (sahibkarlıq sahəsində yoxlamaların dayandırıldığı dövrdə) nəzərdə tutur.
Qanun layihələrinə dəyişiklik birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter