“Azərişıq”: Ödəmə terminalı abonentlərdən hər hansı bir əlavə xidmət haqqı ala bilməz
- 12.02.2021, 13:49, Baxış sayı:
- 398
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən (ASC) istehlakçılara bildirir ki, istifadə edilən elektrik enerjisinin dəyəri Tarif Şurasının (qiymət şurasının) müəyyən etdiyi qiymətlərlə tənzimlənir, təqdim olunan bildiriş və hesab fakturalarda bu açıq-aydın göstərilməkdədir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, bəzi media orqanları ödəmə terminalının nümayəndəsinin sözlərini “Azərişıq” adından təqdim etməklə abonentlər arasında çaşqınlıq yaradıb. “Azərişıq” tərəfindən istehlakçılara təqdim edilmiş bildiriş və hesab fakturadakı məbləğlərdən əlavə hər hansı məbləğ tələb olunmur.
Əhali istehlakçıları tərəfindən nağd ödəmələrə görə aparılan əməliyyatların xərci isə “Azərişıq” ASC tərəfindən ödənilir. Yəni əhali abonentlərdən ödəmə terminalı ümumiyyətlə hər hansı bir əlavə xidmət haqqı ala bilməz.
ASC bir daha bildirir ki, qeyri-əhali (kommersiya müəssisələri və sair) istehlakçıları tərəfindən ödəmə terminallarına nağd ödəniş zamanı xidmət haqqı tətbiq olunmasının “Azərişıq”la heç bir əlaqəsi yoxdur. Əksər qeyri-əhali istehlakçıları tərəfindən istifadə etdikləri enerji haqlarına görə ödənişləri banklar vasitəsilə köçürmə yolu ilə aparılır, nağd ödənişlər zamanı isə ödəniş operatorları üzrə seçimi abonent özü müəyyən edir.