Qəzada ölən tələbələrin - Fotosu
- 30.11.2020, 14:24, Baxış sayı:
Facebook
Вконтакте
Одноклассники
Google+
Məlum olduğu kimi, bu gecə dəhşətli yol qəzasına düşən Azərbaycan Tibb Universitetinin tələbələri koronaviruslu xəstələr üçün olan modul tipli klinikada könüllü kimi çalışıblar.
“Muganinsesi.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, universitetin Tələbə Gənclər Təşkilatının yaydığı məlumata görə, qəzada həlak olan Sahil Mustafazadə ATU-nun Əczaçılıq fakültəsinin, Tuncay Məmmədov Müalicə Profilaktika fakültəsinin V kurs, Yeganə Məmmədova isə Müalicə Profilaktika Fakültəsinin VI kurs tələbəsi olub. Hazırda həyatı uğrunda mübarizə aparılan İlkin Ağamirzəyev isə ATU-nun V kurs Müalicə Profilaktika fakültəsinin tələbəsidir.
“Onların hamısı koronaviruslu xəstələr üçün olan modul tipli klinikada könüllü kimi çalışıblar. COVİD-19-la mübarizədə digərlərinə kömək olan gələcək həkimlərimiz özləri dəhşətli qəzanın qurbanı olublar, deyə - məlumatda qeyd olunub.
Xatırladaq ki, qəza bu gecə baş verib. “BMW” markalı nəqliyyat vasitəsilə yüksək sürətlə hərəkətdə olan 1999-cu il təvəllüdlü Tuncay Məmmədov sükana nəzarəti itirib. Havanın yağışlı və yolun sürüşkən olması səbəbindən avtomobil marketin ikinci mərtəbəsinin üst divarına çırpılıb.