• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Xocavənddə Sabirabaddan olan 20 yaşlı gənc minaya düşüb - Yenilənib

  • 02.10.2022, 16:32, Baxış sayı:
  • 281
Xocavənddə Sabirabaddan olan 20 yaşlı gənc minaya düşüb - Yenilənib
Xocavənddə mina partlayışı baş verib.
Bu barədə Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, bu gün Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.
Hadisə nəticəsində 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Kərimzadə Rasim Nüsrət oğlu xəsarət alıb. Xəstəxanaya yerləşdirilən zərərçəkənin sağ ayağının bir neçə barmağı amputasiya edilib. Vəziyyəti stabildir.
ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa, müəyyən olunmuş marşrutlardan kənara çıxmamağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır.
Hadisə ilə bağlı ANAMA tərəfindən araşdırma aparılır.
***
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, hadisə bu gün saat 11:00 radələrində baş verib:
“Xocavənd rayonu ərazisində yeni çəkilən Əhmədbəyli-Füzuli-Şuşa yolunda yolu çəkən şirkətin fəhləsi Rasim Kərimzadə yolun kənarında piyada əleyhinə minaya düşməsi nəticəsində mina partlayıb. R.Kərimzadə sol ayağından müxtəlif dərəcəli xəsarət alıb. Polis əməkdaşlarının köməyi ilə o dərhal xəstəxanaya çatdırılıb.
Hazırda o həkim müayinəsindədir. Həyatı üçün təhlükə yoxdur”.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter