• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

20 yaşlı “Audi” sürücüsü qəza törətdi, 2 nəfər öldü

  • 18.08.2021, 19:57, Baxış sayı:
  • 390
20 yaşlı “Audi” sürücüsü qəza törətdi, 2 nəfər öldü



Ötən gün paytaxtın Babək prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
DYP-dən verilən məlumata görə, Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Elşən Elbrus oğlu Məmmədovun sağ zolaqda yüksək sürətlə idarə etdiyi “Audi” markalı, 90-VS-907 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onunla eyni istiqamətdə hərəkət edən “VAZ 21015” markalı, 55-BU-172 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb.
Güclü zərbə nəticəsində xəsarət alan “VAZ” markalı avtomobilin sürücüsü Sabirabad rayon sakini 1993-cü il təvəllüdlü Baba Nusrəddin oğlu Kaxidze və avtomobildə olan sərnişin xəstəxanaya yerləşdirilsələr də onların həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin qeydə alındığı videogörüntülərdə səki ilə hərəkət edən piyadaların da ən son anda qəzadan xilas olduqları əks olunub.
Hazırda faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.
/Muganinsesi.az/
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter