• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycanda boğazına ip keçirilərək tövlədə saxlanılan qadın nəzarətə götürüldü

  • 02.06.2021, 21:23, Baxış sayı:
  • 541
Azərbaycanda boğazına ip keçirilərək tövlədə saxlanılan qadın nəzarətə götürüldü
Gədəbəy rayonun Nova İvanovka kəndində ahıl qadının şiddət görməsi ilə bağlı Kəmalə Ağazadə tərəfindən paylaşılan görüntülər dərhal Sosial Xidmətlər Agentliyi tərəfindən nəzarətə götürülüb və araşdırılıb.
Bununla bağlı Oxu.Az-ın sorğusuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
"Məlum olub ki, yayılan görüntülərdə haqqında bəhs edilən qadın 6 noyabr 1934-cü il təvəllüdlü Daşkəsən rayonunun Kəmərqaya kəndində qeydiyyatda olan Səkinə Bayram qızı Həsənovadır.
Agentliyin 26 saylı filialının əməkdaşları Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə dərhal həmin ünvanda vəziyyətlə yerindəcə tanış olublar.
Qohumu Qəzənfər adlı şəxsin yanında qaldığı bildirilən və kobud rəftara məruz qalan vətəndaş Səkinə Həsənova hüquq mühafizə orqanı əməkdaşlarının iştirakı ilə saxlanıldığı yerdən götürülüb.
O, Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib. Burada onun psixoloji vəziyyətinin qiymətləndirilməsi, sağlamlığına nəzarət və digər zəruri ehtiyaclarının qarşılanması üçün lazımi tədbirlər davamlı olaraq həyata keçiriləcək.
Səkinə Həsənovanın zorakılığa məruz qalması ilə bağlı görüntülər isə hüquq mühafizə orqanları tərəfindən araşdırılır və bu barədə məlumat veriləcək", - məlumatda bildirilib.
13:03
Sosial şəbəkələrdə, ahıl qadının tövlədə bağlanaraq saxlanılması ilə bağlı yayılan görüntülərlə bağlı dərhal Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları müvafiq araşdırmalar aparıb. Həmin qadının Daşkəsən rayonunda qeydiyyatda olmaqla Gədəbəy rayon, İvanovka kəndində yaşayan, 1934-cü il təvəllüdlü Səkinə Həsənova olması müəyyən edilib.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, dərhal hadisə yerinə yollanan polis əməkdaşları onu həmin kənd ərazisində aşkar edib.
"Aşkar edilən zaman qadın videoda göstərildiyi kimi tövlədə olmayıb. Hazırda həmin görüntülər əsasında həmin qadını bağlayan şəxs və ya şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır və tezliklə məsələyə hüquqi qiymət veriləcək", - deyə E.Qasımov qeyd edib
10:57
"3 gün öncə ahıl bir qadının şiddət görməsi ilə bağlı yazı paylaşaraq, aidiyyəti qurumları işarələmişdim".
Sonxeber.az Lent.az-a istinadən məlumat verir ki, bu barədə "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında bildirib. O qeyd edib ki, həmin qurumlardan da əlaqə saxlamamı, qadın haqqında məlumatları onlara verməyimi bildirəndə, dərhal göndərdim:
"Harada yaşayır, kim ona işgəncə verir, vəziyyəti barədə bildiklərimi göndərdim. Mənə dedilər ki, biz dərhal nümayəndələrimizi göndərəcəyik, araşdıracaqlar.
Ancaq Səkinə xalanın pensiya kartını mənimsəyən və işgəncə verən bu dəfə onu qardaşına məxsus tövlədə ac-susuz və əli-qolu bağlı vəziyyətdə, boğazına kəndir keçirilmiş halda saxlayır.
Mənə verilən məlumata görə, Səkinə xala Gədəbəy rayonu, İvanovka kəndində Qəzənfər adlı şəxs tərəfindən şiddətə və işgəncəyə məruz qalır. Dəfələrlə qadınla bağlı kənd camaatının müdaxiləsi də olub, amma nə fayda".
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter