Ermənilər Xarkovdakı fəxri konsulluğa hücum etdi
- 07.11.2020, 12:07, Baxış sayı:
- 522
Facebook
Вконтакте
Одноклассники
Google+
Döyüş meydanında Azərbaycan Ordusuna məğlub olan Ermənistan düşdüyü acınacaqlı vəziyyətdən çıxış yolu olaraq terror aktları törətməyə başlayıb.
“Muğanın səsi””nin verdiyi xəbərə görə, ermənilər artıq bir neçə xarici ölkədə Azərbaycana qarşı terror və təxribat törədiblər. Bunlardan biri də Ukraynada baş verib. Bu gecə ermənilər Azərbaycanın Xarkovdakı fəxri konsulluğuna hücum ediblər.
Erməni terrorçular tərəfindən konsulluğun binası atəşə tutulub. Onlar səs boğucu tapançadan 6 dəfə atəş açıblar. Güllələrdən 3-ü giriş qapısına, 3-ü isə pəncərəyə dəyib.