• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Dağıntılar altında qalanlar var - Partlayışla bağlı açıqlama

  • 25.01.2021, 21:07, Baxış sayı:
  • 360
Dağıntılar altında qalanlar var - Partlayışla bağlı açıqlama
Xırdalanda 27-ci məhəllədə iki mərtəbəli fərdi yaşayış evində partlayış baş verib.
FHN mətbuat katibi Gülçin Mehdiyeva "Qafqazinfo"ya açıqlamasında bildirib ki, dağıntılar altından iki nəfər, biri qadın, biri uşaq olmaqla çıxarılıb. Hər ikisi salamatdır. Hələlik ölüm faktı qeydə alınmayıb. Dağıntılar altında qalanlar var, onların axtarışları davam etdirilir.
Partlayışın dalğasından ətrafdakı bina və avtomobillərə zərər dəyib.
***
FHN Xırdalandakı partlayışla bağlı daha bir məlumat yayıb.
"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib, partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ olaraq biri qadın və biri uşaq olmaqla iki nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq axtarış-xilasetmə əməliyyatı davam edir.
Əlavə məlumat veriləcək.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter