Ermənilər şokda - Zavod Bakının nəzarətinə keçdi
- 27.12.2020, 09:53, Baxış sayı:
- 438
Facebook
Вконтакте
Одноклассники
Google+
Hadrut (Ağaoğlan) rayonunun Tuğ kəndində yerləşən "Kataro" şərab istehsalı zavodu Bakının nəzarətinə keçib.
“Muganinsesi.az” xəbər verir ki, bu barədə "SputnikArmenia"ya Ermənistanın Milli Şərab Mərkəzinin prezidenti Avag Arutyunyan məlumat verib.
O bildirib ki, üzüm bağları və şərabla dolu çəlləklər olan emalatxana tam şəkildə Azərbaycanın mülkiyyətinə keçib.
Arutyunyan qeyd edib ki, indi hamı şokdadır:
"Şərab istehsalçıları birləşməyi və Qarabağ şərab dükanını bərpa etməyi planlaşdırırlar.
İstehsal 2002-ci ildə, ilk qablaşdırma 2010-cu ildə başlayıb. Şərabın adı 17-ci əsrdə Dizapayt dağında inşa edilmiş Kataro monastırının adını daşıyır. Şərab Khndogni üzümündən hazırlanıb (100%). Saxlama üçün Dağlıq Qarabağda bitən palıddan hazırlanan çəlləklərdən istifadə edilib.Publika.az