Elman Rüstəmov devalvasiya haqda xəbərləri şayiə adlandırdı
- 24.12.2020, 12:49, Baxış sayı:
- 371
Facebook
Вконтакте
Одноклассники
Google+
Mərkəzi Bankın sədri Elman Rüstəmov cəmiyyətdə devalvasiya olacağı ilə bağlı gedən müzakirələrə münasibət bildirib.
“Mugasi.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, MB sədri qeyd edib ki, əgər cari ildə bu məsələyə gedilmədisə, indi bu məsələnin aktuallığını düşünmək olmaz:
“Ölkədə makroiqtisadi proqnozlar hazırlanarkən hər təşkilat özünün proqnozunu təqdim etdi. Bununla bağlı da pul kredit siyasəti müəyyənləşib. Əhalimizi belə şayiələrə inanmamağa çağırıram. Qoy heç kim aktivliyimizə xələl gətirməyə çalışmasın”.