• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

SON DƏQİQƏ! Maliyyə Nazirliyi manatla bağlı elan etdi: Dəyərdən düşməsi ehtimalı...

  • 22.12.2020, 07:59, Baxış sayı:
  • 383
SON DƏQİQƏ! Maliyyə Nazirliyi manatla bağlı elan etdi: Dəyərdən düşməsi ehtimalı...
“Azərbaycan manatının ABŞ dolları və digər əsas xarici valyutalara qarşı dəyərdən düşməsi ehtimalı ölkənin fiskal mövqeyi üçün əsas risk amillərindən biridir olaraq qalmaqdadır.
Belə ki, məzənnə riskinin dövlət büdcəsinə əsas transmissiya kanallarından biri neft qiymətlərinin pisləşməsi fonunda qeyd edilən risklərin daha da kəskin xarakter almasıdır”.
“Muganinsesi.az” Oxu24.com-a istinadən xəbər verir ki, bu barədə 2021-ci il dövlət büdcənin layihəsində qeyd edilib.
“Bundan başqa, dövlət büdcəsinin tərtibi zamanı 2021-ci il üzrə 1 ABŞ dollarının 1,7 manata bərabər tutulduğunu nəzərə alaraq, manatın məzənnəsinin xarici valyutalara qarşı zəifləmə ehtimalı dövlət büdcəsində xarici dövlət borcuna xidmət xərclərinin də proporsional olaraq artması riskini özündə ehtiva edir”, - deyə layihədə qeyd olunub.
Nazirlik həmçinin bildirir ki, 2020-ci ildə əsas ticarət tərəfdaşlarının valyuta məzənnələrindəki dalğalanmalara, həmçinin daxili valyuta bazarında xüsusilə mart ayından başlayaraq ayrı-ayrı dövrlərdə manatın məzənnəsinə qarşı təzyiqin artmasına baxmayaraq, cari ildə bazarın yüksək likvidliyi və manatın məzənnəsinin sabitliyi qorunmuşdur:
"Bu baxımdan qlobal iqtisadi çağırışlar və mürəkkəb xarici mühit şəraitində ölkədə makroiqtisadi sabitliyin təmin olunması məqsədilə monetar və fiskal siyasətin qarşılıqlı əlaqədə həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir".
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter