BMT Ukraynada müharibə qurbanlarının sayını AÇIQLADI
- 25.08.2022, 07:53, Baxış sayı:
- 420
Facebook
Вконтакте
Одноклассники
Google+
2022-ci il fevralın 24-dən indiyədək Ukrayna ərazisində 5614 mülki şəxs həlak olub. Daha 7946 mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.
"Muganinsesi.az" Publika.az-a istinadla xəbər verir ki, bu rəqəmləri BMT Təhlükəsizlik Şurasının iclasında təşkilatın baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlo açıqlayıb.
Diplomatın sözlərinə görə, bu rəqəmlər İnsan Hüquqları üzrə Ali Komissarlığın İdarəsi tərəfindən qeydə alınıb.
DiKarlo BMT-nin hərbi əsirlərin vəziyyəti ilə bağlı narahatlığını da vurğulayıb. O, münaqişənin hər iki tərəfinə hərbi əsirlərin beynəlxalq humanitar hüquqla qorunduğunu xatırladıb.