• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir

  • 15.04.2025, 09:00, Baxış sayı:
  • 11
Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir

Zərifə xanım Əliyeva 28 aprel 1923-cü ildə həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açmışdır. Həkimlər Tamerlan Əliyev, Cəmil Əliyevin və musiqiçi Gülarə Əliyevanın bacısı olan Zərifə xanım 1932–1942-ci illərdə orta məktəbdə təhsil almışdır. Ziyalı ailənsində yaşayan Zərifə Əliyevanın təhsilə böyük marağı var idi. Belə ki, o, 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.Beləliklə, bu sahədəki fəaliyyətini davam etdirib. 1947-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunu bitirmiş, 1948-ci ildə Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya ixtisası üzrə kurs keçmişdir. 1950-1953-cü illərdə aspiranturanı başa vurur. 1960-cı ildən tibb elmləri namizədi, 1977-ci ildən Tibb elmləri doktorudur. Eləcə də Zərifə xanım Əliyeva 1949–1950-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, 1982–1985-ci illərdə görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır.
Akademik Zərifə Əliyeva ölkəmizdə tibb sahəsində araşdırmalarına, ümumilikdə dünya elminə verdiyi mühüm töhfələrlə daim xatırlanan alimlərimizdən biri olmuşdur. Belə ki, Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparmışdır. Azərbaycanda traxoma xəstəliyinin geniş yayılmasının qarşısını alan məhz Zərifə xanımın tətbiq etdiyi uğurlu müalicə üsullarının nəticəsidir. Onun bu sahədə yazdığı bir çox monoqrafiyaları, dərslikləri, xəstəliklərin tətqiqinə həsr edilmiş elmi araşdırmaları var və bu yalnız Azərbaycanda deyil, dünya elmində xüsusi nailiyyətlərdi. Eləcə də Zərifə xanım yeni müalicə üsullarını digər həkimlərə öyrətmiş, onlara bu sahədə mühüm elmi biliklər vermişdi.
Zərifə xanım Əliyeva hər zaman elm, tibb sahəsində davamlı şəkildə araşdırmalar etmiş və əldə etdiyi uğurlara görə müxtəlif mükafat, təltiflərə layiq görülmüşdür. Belə ki, 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. O, yüksək elmi fəaliyyətinə, elmi-tədqiqat işlərinə, tibbə verdiyi töhfələrə görə 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülmüşdür.
Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onu da qeyd edim ki, onun fəaliyyəti sahəsində “Yüksək etimad” adlı kitabı xüsusilə seçilir. Belə ki, burada gənc həkimlərə alimin xüsusi töhfəsi, bu sahədə mühüm biliklər, onların peşə fəaliyyətində yaranan problemlərin həlli ilə bağlı mühüm qeydlər yer alır. Bu gün alimin qeydləri, dərslikləri, monoqrafiyaları tibb sahəsində mühüm dərsliklər kimi yer alır və səriştəli kadrların yetişdirilməsində böyük rol oynayır.
Zərifə Əliyeva elm, tibb sahəsində uğurlar əldə etdiyi kimi, ölkəmizin sağlam cəmiyyətinin formalaşmasında xüsusi rol oynadığı kimi o, eyni zamanda ailəli qadın, xoşbəxt ana olmuşdur. Akademik Zərifə xanım Əliyeva baxmayaraq ki, həyatını elmə sərf etmişdi, lakin gözəl, qayğıkeş, mehriban ana, həyat yoldaşı olmuş, övladlarının cəmiyyətə fayda verən, insanların daim yanında olan, onlara dəstək verən vətəndaş, şəxsiyyət kimi yetişdirilməsində əvəzsiz rolu olmuşdur.
Dəyərli akademik Zərifə xanım Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişmiş və ömrünün 62 baharını yaşamışdır. 1994-cü ildə cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.

Elbrus Əhmədov,
Sabirabad RİH başçısının Nizami kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter
302 Found

302

Found

The document has been temporarily moved.