"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir və mütləq həyata keçiriləcək". Bu sözləri Prezident İlham Əliyev Azərbaycanın nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə dilə gətirdi. Prezident dedi: "Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir". Bu dəhlizin açılması üçün Azərbaycanın praktiki addımlar atdığını ifadə edən cənab Prezident, Ermənistan tərəfinin artıq dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgilədiyini, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini vurğuladı.
Müşavirədə Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının vacibliyindən söz açan Prezident İlham Əliyev, Ermənistanın qeyri real layihələrinin davamı olaraq son günlərdə ortaya atdığı guya “Sülh kəsişməsi” layihəsi haqqında da söz edərək, bu layihəni bütün dünya ölkələrinə təqdim etdiklərini, lakin bu dırnaqarası layihənin Azərbaycanın iştirakı olmadan heç bir qiymətinin olmadığını bildirdi. Prezident dedi: "Halbuki Azərbaycansız bu layihənin iki qəpiklik də qiyməti yoxdur və bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır."
Daha sonra Prezident İlham Əliyev, Ermənistana növbəti dəfə qətiyyətli mövqeyini nümayiş etdirərək dedi ki, "Ermənistan rəhbərliyinə bir daha məsləhət görərdim ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə diqqət yetirsin".
Prezident İlham Əliyev, Naxçıvan Muxtar Respublikasının lazımlı ehtiyaclarını təmin etmək üçün Azərbaycanın bütün imkanlarını səfərbər etdiyini, ilk növbədə, İran İslam Respublikası ərazisindən yüklərin və sərnişinlərin daşındığını, digər imkanlarımızın da mövcud olduğunu bildirdi. Prezident, eyni zamanda bütün bu vasitələrin iqtisadi cəhətdən daha əlverişsiz olduğunu və məsafə baxımından uzaqlıq təşkil etdiyini diqqətə çatdırdı. Gürcüstan və Türkiyə üzərindən də bağlantı yaratmağın mümkünlüyündən söz açan cənab Prezident, ən rahat yol və ən uyğun imkanların prioritet təşkil etdiyini açıqladı.
Prezident İlham Əliyev Ermənistana növbəti dəfə xəbərdarlığını etdi: "Bununla belə, görəndə ki, Ermənistan tərəfi yenə də özünü qeyri-səmimi aparır, İran İslam Respublikası ilə müvafiq razılaşma əldə edilmişdir. Lakin Ermənistanın tranzit ölkəyə çevrilmə arzusu gözündə qalacaq".
İkinci körpünün anonsunu verən dövlət başçısı, Naxçıvan Muxtar Respublikasında ikinci körpünün inşa ediləcəyini, birinci körpünün isə Zəngilan rayonu ərazisində inşa edilməkdə olduğunu vurğuladı. Prezident sözlərinə belə davam etdi: "Beləliklə, Ermənistan bundan sonra da dalan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlərində qalacaq. Özləri daha çox itirəcəklər, nəinki biz".
Ölkəmiz, Azərbaycandan Azərbaycana maneəsiz keçid verilməsinin zəruriliyini həm beynəlxalq müstəvidə, həm də Ermənistanla ikitərəfli təmaslar əsnasında daim diqqət mərkəzində saxlayır. Bu məsələ ilə bağlı fikirlərini açıqlayan Prezident İlham Əliyev, "Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, tələbimizdir" dedi.
Tarixə rakurs edən dövlət başçısı, Qərbi Zəngəzurun sovet hakimiyyəti tərəfindən 1920-ci ilin noyabrında əlimizdən alındığını, Azərbaycan xalqına qarşı cinayət törədildiyini xüsusi vurğuladı.
Prezident İlham Əliyevin də söylədiyi kimi, bu birinci və ya sonuncu cinayət deyildi. Əgər törədilən cinayətlərin xronologiyasına baxsaq, ikinci cinayət, Azərbaycan ərazisində dırnaqarası “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradılması idi. Lakin ondan da əvvəlki cinayət ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi idi. Daha əvvəlki cinayət isə Qarabağ xanının öldürülməsi idi.
XX əsrin digər cinayətlərinə də diqqət çəkən Prezident, Xocalı soyqırımı, 20 Yanvar və torpaqlarımızın 1990-cı illərin əvvəllərində işğalı haqqında danışdı. O dedi: "Yəni, bunu unutmamışıq, Azərbaycan xalqı bunu unutmayıb. Zəngəzuru unutmamışıq və unutmayacağıq. Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid
İnqilab Hüseynov,
Sabirabad rayon Yaşıllaşdırma sahəsinin rəisi