• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan öz resurslarına arxalanaraq güclü iqtisadiyyat qurub və heç kimdən asılı deyil

  • 27.09.2024, 19:00, Baxış sayı:
  • 41
Azərbaycan öz resurslarına arxalanaraq güclü iqtisadiyyat qurub və heç kimdən asılı deyil

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə sentyabrın 26-da keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədə bir daha bildirdi ki, əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir.
Dövlət başçısının sözlərinə görə, iqtisadi müstəqilliyimiz beynəlxalq müstəvidə bizə o imkanı qazandırır ki, ölkəmiz eyni zamanda uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin və bu proses uğurla davam edir: "2003-cü ildən keçən 21 il ərzində Azərbaycan xalqı və dövləti sözün əsl mənasında sürətli inkişaf dövrünü yaşayıb, problemlərin əksəriyyəti öz həllini tapıb, hər bir istiqamət üzrə konkret proqramlar həyata keçirilib. Ötən illərin qlobal iqtisadi böhranı fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında həyata keçirilməsi Prezident İlham Əliyev tərəfindən hazırlanmış milli iqtisadi inkişaf modelinin möhkəm təməl üzərində qurulduğunun əyani təsdiqidir. Müşavirədə dövlətimizin başçısı bu mühüm məqamlara toxunaraq bildirdi ki, iqtisadi artım 4,3 faiz olub və bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir.
Qeyd etmək zəruridir ki, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, davamlı inkişaf strategiyasının bütün sahələrdə uğurla həyata keçirilməsi Azərbaycanın nailiyyətlərini şərtləndirən amillərdəndir. Son illərdə də Azərbaycan iqtisadiyyatı və ümumdaxili məhsul artım nümayiş etdirir. Xarici dövlət borcu isə çox aşağı səviyyədədir və dövlət başçısının bəyan etdiyi kimi xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır".
"Xüsusilə, Azərbaycan zəngin neft ehtiyatlarından əldə olunan valyuta ehtiyatlarını səmərəli xərcləməklə iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafı üçün sərfəli bazanın yaradılmasına nail olub və hazırda qeyri-neft sektoru iqtisadi potensiala malik strateji sənayeyə çevrilib. Dövlət başçımız müşavirədə bu məsələyə toxunaraq qeyri-neft sektorunun 7 faiz artdığını vurğuladı. Prezident İlham Əliyevin səsləndirdiyi bu göstəricilər ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımların və düşünülmüş islahatların bəhrəsinin real nəticəsidir.
Dövlət başçısı müşavirədə bu məqama xüsusi diqqət ayıraraq Azərbaycanın iqtisadi inkişaf modelinin dünyada özünü təsdiqlədiyini diqqətə çatdırdı. Prezidentimiz bir daha bəyan etdi ki, Azərbaycan öz resurslarına arxalanaraq güclü iqtisadiyyat qurub və heç kimdən asılı deyil.
Bu gün dünya üçün nümunə sayılan ölkəmizin iqtisadi inkişaf modelinin hazırki göstəriciləri fərəh doğurur. Bu yüksəlişin birmənalı şəkildə müəllifi olan Prezident İlham Əliyevin iqtisadi məsələlərə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlərləri, tapşırıqları iqtisadi inkişafımızı sürətləndirəcəyinə, daha böyük inkişafa yol açacağına inam yaradır

Mircamal Həşimov,
Mil-Muğan Regional Təhsil İdarəsi, Sabirabad rayon Təhsil sektorunun müdiri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter