Tacikistan bizim strateji müttəfiqimizdir və qardaş ölkədir
- 27.05.2024, 09:30, Baxış sayı:
- 127
Facebook
Вконтакте
Одноклассники
Google+
Son zamanlar Azərbaycan Orta Asiya ölkələri ilə çox sıx təmaslar qurub, onların hər biri ilə ayrı-ayrılıqda mühüm strateji müqavilələr imzalanıb. Tacikistan da Orta Asiyada mühüm ölkələrdən biridir və Azərbaycanla uzun illər dostluq, qardaşlıq şəraitində yaşayan xalqdır. Tacikistan rəhbərliyinin ölkəmizə geniş tərkibdəki səfəri, keçirilən görüşlər yüksək qiymətləndirilir.
Bu dəfəki görüşlərdə ümumilikdə 14 sənəd imzalandı: “Keçirilən biznes forumunda da iki ölkə arasında əlaqələrin, biznesin həcminin daha da artırılması haqqında məsələlər müzakirə edilib və müəyyən öhədliklər götürülüb. Eyni zamanda Azərbaycanda Tacikistanın mədəniyyət günləri keçirildi. Burada da Bakı sakinləri Tacikistan mədəniyyəti, incəsənət nümunələri ilə yaxından tanış oldular.
Azərbaycan Prezidenti görüş zamanı bildirib ki, Tacikistan bizim strateji müttəfiqimizdir və qardaş ölkədir. Bu mənada ölkə rəhbərlərinin xüsusi rolu və önəmi var. Dövlət rəhbərinin bu sahədəki fəaliyyəti təqdirəlayiqdir. Bu dəfəki görüşlərdə əsasən sənaye korparasiyasının inkişaf etdirilməsi ilə bağlı sənədlər qəbul olunub. Humanitar sahədə əməkdaşlığın daha da artırılması üçün konkret sənədlər ortaya qoyulub. Azərbaycan Prezidenti çıxışı zamanı bildirib ki, bu gün iki ölkə arasındakı münasibətlər ən yüksək səviyyəyə çatıb.
Qabil Əliyev,
Sabirabad rayonu Muğan Gəncəli bələdiyyəsinin sədri