• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

İran-Azərbaycan dostluğu sarsılmazdır

  • 22.05.2024, 09:30, Baxış sayı:
  • 113
İran-Azərbaycan dostluğu sarsılmazdır

Azərbaycn Respublikasının Prezidenti cənab İlham Əliyev mayın 19-da Araz çayı üzərində in¬şa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açı¬lış mərasimində iştirak edib. Azərbaycan ictimaiyyəti də, İran ictimaiyyəti də, dünya ictimaiy¬yə¬ti də hər iki tədbiri tarixi hadisə kimi dəyərləndirir. Bu layihələrin gerçəkləşməsi əra¬zi¬də səna¬ye¬nin də, kənd təsərrüfatının da inkişafında əhəmiyyətli olacaq. Digər tərəfdən, bunlar iki dövlət arasında münasibətlərin daha da möhkəmlənməsini də təmin edəcəkdir.
Azərbaycan Res¬pub¬likasının Prezidenti cənab İlham Əliyev tədbirdə çıxışında qeyd etdi ki, “Bizi birləşdirən layihələr arasında nəqliyyat layihələri xüsusi rol oynayır. Bu gün nəinki öl¬kələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında dünyəvi prosesləri əhatələyən mətləblərdən də danışaraq son illərin ən çox diqqəti çəkən problemlərindən də söz açdı: “Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib. Bu bölgələr Azərbaycan ərazisinin təxminən 25 faizini təşkil edir. Bu bölgələrdə “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgə üçün fayda verəcək. İşğaldan azad edilmiş torpaqlarda son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları inşa edilib. Bu stansiyaların istehsal gücünü 500 meqavata çatdırmaq üçün konkret proqramımız var və yaxın iki-üç il ərzində bu, həll olunacaq. Nəzərə alsaq ki, İranla Azərbaycan arasında elektrik xətlərinin müasirləşdirilməsi artıq həll olunub və qarşılıqlı təchizat məsələləri də həll edilib, bu, ölkələrimiz və digər ölkələr üçün də fayda gətirəcək layihələr olacaq”.
İkinci Qarabağ müharibəsi başa çatdı. Azərbaycanın ərazi bütövlüyü tam təmin edildi. Er¬mə¬¬nis¬tanın separatçı qüvvələri Xankəndindən tamamilə çıxarıldı, Azərbaycanın ərazisində fəaliy¬yə¬ti tamamilə iflasa uğradı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qalib və məğlub dövlətlər arasında sülh sazişi imzalanması məsələsinə də diqqəti çəkərək dedi: “Uzun fasilədən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər. Azərbaycan Ermə¬nistanla olan məsələni - öz ərazi bütövlüyünün bərpasını 2020-ci ildə hərbi-siyasi yollarla, beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq çərçivəsində həll edib və 2023-cü ildə öz dövlət suverenliyini tam bərpa edib. İndi isə Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir. Bu prosesin ilkin müsbət nəticələrini görürük və sərhədimizin şimal hissəsində artıq delimitasiya və demarkasiya başlanmışdır”.
Azərbycan Respublikasının Prezidenti cənab İlham Əliyev onu da qeyd etdi ki, İran-Azərbaycan dostluğu sarsılmazdır.

Mircamal Həşimov,
Sabirabad rayon Təhsil sektorunun müdiri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter