• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Heydər Əliyev Azərbaycanda gənclərlə bağlı yeni bir dövrün əsasını qoydu

  • 02.02.2024, 13:30, Baxış sayı:
  • 151
Heydər Əliyev Azərbaycanda gənclərlə bağlı yeni bir dövrün əsasını qoydu

Hər il Azərbaycan Gəncləri Günü ölkəmizdə yüksək səviyyədə qeyd edilir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti gənclərimizin hərtərəfli inkişafında, onların xoşbəxt və firavan gələcəyinin təmin edilməsində və vətənə layiqli övlad kimi yetişməsində müstəsna rol oynayır. Ümummilli Lider hər zaman Azərbaycan gəncliyinə arxalanaraq ona böyük ümidlər bəsləyirdi. Bu səbəbdən Ulu Öndər gənclərlə bağlı dövlət siyasətinin uğurla həyata keçirilməsinə xüsusi önəm verirdi və adıçəkilən sahənin tənzimlənməsi üçün vacib olan qanunvericilik bazasının yaradılmasını təmin etmişdi. Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmanla Azərbaycan Gəncləri Gününün təsis edilməsi gənclərə verilən ali dəyərin bariz nümunəsidir. Zaman dəyişsə, həmin tarixi dövrdən uzun illər keçsə də, gənclərə verilən ali dəyər, göstərilən diqqət və qayğı dəyişməyib. Bu gün dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatların məntiqi nəticəsi olaraq bütün sahələr inkişaf edir. Sevindirici haldır ki, gənclər sektoru inkişafda olan və daim diqqətdə saxlanılan sahələr arasında daim ön sıralardadır. Son illərdə ölkəmizdə aparılan kadr islahatlarında gənclərin dövlət strukturlarında məsul vəzifələrə təyin edilməsi gəncliyə etimadın və diqqətin göstəricisidir. Prezident İlham Əliyevin gənclərlə çoxsaylı görüşləri, onların diqqət və qayğıları ilə maraqlanması dövlətimizin başçısının ölkə gəncliyinə diqqət və qayğısının təzahürüdür. Bütün bunlar Azərbaycan gənclərinə göstərilən ali etimadın və sevginin göstəricisi olmaqla yanaşı, onları ölkəmizin inkişafı yolunda durmadan çalışmağa sövq edən boyük motivasiya mənbəyidir.
Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Cənab İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nı (2005-2009-cu illər) təsdiq etdi ki, bu da gənclərə dövlət qayğısının artırılmasını təmin edirdi. Həmin sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri öz əksini tapmışdır. Bu istiqamətlər tamamilə xalqımızın milli mənafelərinin inkişafına yönəldilərək gəncləri ideya müəllifi olmağa səsləyirdi. Yəni, hər bir gənc fərdi qaydada özünü idarəçi kimi yetişdirməli, daim təşəbbüskarlıq göstərməlidir.
Hazırda ölkəmizdə 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar. Qürurlu haldır ki, xalqımızın qəhrəmanlıq tarixini yazanlar da gənclərdir. Hər zaman adlarını fəxrlə çəkdiyimiz Mübariz, Fərid, Murad, Samid, Xudayar, kimi qəhrəmanlar bu gün Azərbaycanımızda yüzlərlə, minlərlədir. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək əldə etdiyi Zəfər tariximizin ən şanlı səhifələrindən biridir. Müzəffər Ali Baş Komandanın liderliyi ilə rəşadətli ordumuzun sıralarında gənclərimizin böyük rəşadət göstərərək tarix yazması Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunda yetişməsinin təsdiqidir. Gənclərin milli ruhda tərbiyəsində, onlara Vətən sevgisinin aşılanmasında ən mühüm amillərdən biri də ölkəmizdə uzun illərdir uğurla həyata keçirilən dövlət gənclər siyasətidir. Gənclərimizin Vətən müharibəsində döyüş meydanında göstərdiyi şücaətin məntiqi davamı olaraq hazırda diplomatiya müstəvisində və durmadan davam edən informasiya müharibəsində də onlar yüksək intellekt və bacarıq nümayiş etdirirlər. Azərbaycan gəncliyi hər zaman uca zirvələr fəth etməyə qadirdir.

Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter