• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bu gün Xankəndidə olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır

  • 17.10.2023, 18:25, Baxış sayı:
  • 164
Bu gün Xankəndidə olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır
Ermənistan Azərbaycanın ərazisinin 20 faizin işğal etmişdi. Azərbaycan diplomatiyası işğalı sonlandırmaq üçün illərlə mübarizə apardı, işğalçı dövlət danışıqlardan yayınırdı. Azərbaycan Ordusu işğalı döyüşlə sonlandırmaq üçün Ali Baş Komandanın döyüş əmri ilə döyüşdü, Vətən müharibəsinin döyüşləriylə torpaqlarımızı işğaldan azad etdi. İşğaldan azad edilən ərazilərdə dövlət bayrağımız dalğalandı. Bu, sonrakı döyüşlər üçün böyük mənəvi dəstək, yüksək döyüş əzmi, dönməz qələbə ruhu oldu. Tarixi Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə çıxışlarında deyirdi ki, ərazi bütövlüyümüz bərpa ediləcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tarixi Zəfərdən sonra işğaldan azad edilmiş bütün ərazilərdə oldu, o ərazilərdə quruculuq işlərinin aparılmasına sərəncamlar verdi. Prezident oktyabrın 15-də Xankəndində oldu, Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu, bütün azərbaycanlıların, Azərbaycanı sevənlərin hamısının qüruruna döndü. Vətən müharibəsində hər döyüş bizi illərlə arzuladığımız günə yaxınlaşdırırdı. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan Dövlət başçısı Azərbaycan Bayrağını o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldıracağını bildirmişdi.
Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi. Ancaq Azərbaycan haqqa, ədalətə, xalqın gücünə, Ordunun qüdrətinə güvənirdi. Bu güvənc tarixi Zəfərlə tamamlandı...
Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətləri mahiyyəti baxımından müharibənin xronikası kimi yaşanılırdı. Bu müraciətlər xalqın güvənci idi, xalq bu müraciətlərdən qələbə sorağı gözləyirdi. Xalq qələbələri Böyük Qələbənin ərəfəsində olduğumuzun təsdiqi bilirdi. Kəndlər, qəsəbələr, rayonlar işğaldan azad edilirdi, Azərbaycan Respublikasının Prezidenti bu sevinci, bu qüruru xalqa böyük qürurla çatdırırdı. Ordumuz noyabrın 8-də Şuşanı işğaldan azad etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xankəndində çıxışında dedi: “Keçən ay antiterror əməliyyatı qaçılmaz idi. Azərbaycan xalqı yaxşı bilir və əminəm dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Azərbaycan xalqı və dövləti bu vəziyyətlə heç vaxt barışa bilməzdi…”.
Bu kəlmələr bütün azərbaycanlıların düşüncələrini Vətən müharibəsinə bir daha köklədi. Bu da məmləkətin qüruru oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında sonra dedi: “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tarixi Zəfərdən sonrakı siyasi proseslərə də, hərbi əməliyyata da diqqəti çəkərək qondarma Dağlıq Qarabağ Respublikasının ideoloqlarının, rəhbərlərinin qanuni taleyindən də söz açdı: “Onlar Bakıya gəlmək istəyirdilər, bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. İndi çay içirlər, istintaq təcridxanasında...”...
“Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik”, - bu qürur dünyəvi qürurdur, bəşəri qürurdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhz oktyabrın 15-də Xankəndində dövlət bayrağımızı dalğalandırmaqla Azərbaycan xalqının qalib ruhunun dönməzliyini, qadirliyini dünyaya bir daha bəyan etdi...

Səbinə Əliyeva,
Sabirabad rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter