• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan diplomatiyasının növbəti uğuru

  • 20.08.2023, 21:00, Baxış sayı:
  • 136
Azərbaycan diplomatiyasının növbəti uğuru
Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi konsepsiyasının hazırlaması və tətbiq etməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, strateji düşüncəni ön planda tutması TŞ-də Ermənistanın son ümidlərinin puça çıxması ilə nəticələndi. 16 avqust 2023-cü il tarixdə BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Azərbaycanın Laçın yolunda baş verən hadisələrlərlə bağlı müzakirə keçirilmişdir. Bütün Ermənistan və Fransanın təxribatlarına rəğmən Azərbaycan növbəti dəfə inanmlı diplomatik qələbə qazana bildi.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının strukturu, orada təmsil olunan daimi üzvlərin sayı və verdiyi qərarların ədalətli olub - olmaması və nə qədər uğurla icra olunub - olunmaması müzakirə və mübahisə mövzusu olsa da faktiki o, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatının əsas orqanıdır. 16 avqust 2023-cü il tarixdə BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Azərbaycanın Laçın yolunda baş verən hadisələrlərlə bağlı müzakirə keçirilmişdir. Bütün Ermənistan və Fransanın təxribatlarına rəğmən Azərbaycan növbəti dəfə inanmlı diplomatik qələbə qazana bilmişdir.
İclasın nəticələrini gözdən keçirək. İlk növbədə qeyd edək ki, əslində heç bir iştirakçı Azərbaycana qarşı ciddi nöqsanlar bildirmədi. Sadəcə, həmişə olduğu kimi formal çağırışlar oldu. Qeyd edək ki, çağırışların məqsədi - Ermənistan-Azərbaycan danışıqlarının davam etdirilməsi və Laçın-Xankəndi, eləcə də Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yollarının humanitar məqsədlər üçün maneəsiz istifadəsi idi. Azərbaycan buna etiraz etmir və humanitar ehtiyacların təmin edilməsi üçün bütün zəruri addımları atmağa hazırdır. Heç bir iştirakçı ölkə "blokada" və "soyqırımı" ifadələrini işlətməyərək yenə dəermənilərin arzusunu növbəti dəfə ürəklərində qoydu. İclasda Qarabağda yaşayan erməni vətəndaşlara münasibətdə hüquq pozuntusundan söhbət belə açılmadı. Reallıq da ondan ibarətdir ki, Azərbaycan reinteqrasiya naminə divarlar, səddlər tikmir, əksinə yollar çəkir, maneələri aradan qaldırır Sonda heç bir qətnamə, qərar çıxarılmadı. Ümumiyyətlə, heç bir sənəd qəbul olunmadı. Tövsiyyə xarakterli fikirlər səsləndi. Heç bir səsvermə keçirilmədi.
Qondarma Dağlıq Qarabağ rejiminin və Ermənistanın gözləntilərinin əksinə BMT TŞ-də müzakirədə iştirak edən dövlətlərin heç biri xalqların öz müqəddəratını təyin etməsi prinsipindən, qondarma Dağlıq Qarabağ rejiminin tanınmasından, Qarabağda yaşayan ermənilərə qarşı aclıqla təhdid edilən soyqırımının törədilməsindən, ölümlə nəticələnən aclıq hallarının baş verməsindən bəhs etmədilər. Ermənistanın təşəbbüsü ilə Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Dağlıq Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoyması iddiasının BMT TŞ-nin gündəliyinə gətirməsi və nəticə almaması, onun bu məsələni bir daha hansı isə beynəlxalq təşkilatın gündəminə gətirmə ehtimalının sıfıra endirdi. Monoetnik və etnik ayrı-seçkilik siyasəti yürüdən Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasını əngəlləməkdə əsas motivlərindən biri ölkəmizdə iki xalqın nümayəndələri arasında uğurlu birgəyaşayışının qarşısının alınmasıdır. Halbuki, Azərbaycan çoxmillətli dövlətdir və milli azlıqlar arasında heç bir ayrı-seçkilik yoxdur.
Beləliklə, Ermənistanın BMT TŞ kimi dünya səviyyəli platformanı teatr səhnəsinə çevirmək cəhdləri boşuna oldu. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə Yaşar Əliyevin çıxışından sonra ümumiyyətlə kölgədə qaldı. İrəvanın baş diplomatı növbəti dəfə vətəninə əliboş qayıtmağa məcbur olacaq. Ötən ilin dekabrında da məsələnin BMT TŞ-də qaldırılması cəhdi olmuşdu. Hər iki halda nəticəsiz qaldı.
Bu zəfərin, bu növbəti diplomatik qələbənin də memarı Azərbaycanın Prezidentidir. Azərbaycan son illər əldə etdiyi zəfərləri ilmə-ilmə toxumuş və bugünkü nəticələri əldə etmişdir. Bu qəbildən olan diplomatik qələbələrdə heç vaxt bir şəxs, bir amil əsas rol oynamır. Belə qələbələr dövlətin, xalqın və cəmiyyətin ortaq əməyinin nəticəsi kimi meydana çıxmaqdadır. Azərbaycanın istər Qoşulmama Hərəkatında fəaliyyəti, istər etibarlı enerji təminatçısı kimi dünyada mövqeyi nəticəsində belə bir zəfər reallaşdı.

Piri Hüseyinli,
Sabirabad rayonu “Omega Hospital”ın icraçı direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter