• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan qarşıda duran hədəflərə doğru sürətlə irəliləyir

  • 01.06.2023, 19:07, Baxış sayı:
  • 180
Azərbaycan qarşıda duran hədəflərə doğru sürətlə irəliləyir
İsrail Prezidenti İsxak Hersoq mayın 30-da Azərbaycana rəsmi səfərə gəlib. Prezident İlham Əliyevlə keçirilən görüşlərdə bir sıra məsələlər müzakirə edilib, iki ölkə arasında əməkdaşlıqlardan və münasibətlərin perespektivlərindən söz edilib, eyni zamanda Azərbaycanın əldə etdiyi uğurlardan danışılıb.
İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri də bu ölkə ilə ikitərəfli əlaqələrimizi gücləndirəcək.
İsraildə Azərbaycan səfirliyi açılandan bir müddət sonra İranda ölkəmizin səfirliyinə qarşı terror hadisəsi baş verdi. Bu onun göstəricisidr ki, Azərbaycana xain gözlərlər baxanlar bizimlə sıx əməkdaşlıq quran, münasibətləri dostluq səviyyəsinə çatan dövlətlərin sayının artmasını həzm edə bilmirlər. Təbii ki, düşmənlərin fikirlərini önəmsəmirik və Azərbaycan qarşıda duran hədəflərə doğru sürətlə irəliləməyə davam edir.
Hər bir dövlətin gücü onun iqtisadiyyatında, ordusunda və insan kapitalındadır. Onun sözlərinə görə, Azərbaycan məhz bu gücün sayəsində DƏMİR YUMRUQ ola bilib: “Prezident İlham Əliyevin elə təkcə 2020-ci ildən indiyədək olan fəaliyətini nəzərdən keçirsək görərik ki, eyni vaxtda bir-neçə və daha çox sahələr üzrə işlər aparılır. Həm işğaldan azad edilən ərazilərimizdə sürətlə irəliləyən quruculuq işləri, həm iqtisadiyatımızın sürətlə artırılması, həm ordumuzun daha da gücləndirilməsi, dövlətlətlə yeni əməkdaşlıq əlaqələrinin qurulması, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün tamamlanması, bununla yanaşı regionda sülhə nail olmaq və sair görülən işlər göz önünddir. Fikir verirsinizsə, cənab Prezident demək olar ki, irştirak etdiyi bütün rəsmi tədbirlərdə, yerli və xarici mətbuatlara açıqlamalarında hesabat xarakterli çıxışlar edir. Sanki Azərbaycan reallıqlarını dünyayanın beyninə həkk edir.
Azərbaycanla müəyyən sahələr üzrə sıx əməkdaşlıq qurmaqda maraqlı olan dövlətlərin bu cür münasibətlərdə heç də yanılmayacaqlar. Bütün ölkələrə tolerantlıq nümayiş etdirən Prezident İlham Əliyev öz dövlətinin, xalqının rifahı üçün bütün gərəkən addımlaı atır və bundan sonra da atacaqdır.
Cənab Prezident dövlətlərlə qurulan əməkdaşlıqlara, qarşılıqlı dövlət maraqlarına böyük önəm verir. Bu baxımdan, Azrəbaycan Ermənistandan fərqli olaraq müstəqil qərarlar verə, istənilən dövlətlə əməkdaşlıq qura, güc dövlətləri ilə yanaşı dura bilir.

Könül Ağayeva,
N.Gəncəvi adına 5 saylı Sabirabad şəhər tam orta məktəbinin müəllimi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter