• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Yük avtomobili aşıb, sürücü ölüb

  • 04.08.2022, 10:28, Baxış sayı:
  • 225
Yük avtomobili aşıb, sürücü ölüb

Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün saat 17:00 radələrində Şamaxı-Padarçöl yolunun Dağ Göylər kəndi ərazisində qeydə alınıb. Sabirabad kənd sakini, 1964-cü il təvəllüdlü Cəfərov İlqar Əlikişi oğlu idarə etdiyi 99-NV-439 dövlət nömrə nişanlı "Shacmann" markalı yük avtomobili ilə dağlıq ərazidəki yolda hərəkətdə olarkən əyləc sistemində yaranan problem səbəbindən idarəetməni itirib, maşın yoldan çıxaraq dərəyə aşıb. Avtomobil bir neçə dəfə yuvarlandığı üçün 3 hissəyə bölünüb. Nəqliyyat vasitəsi aşağıya düşərək kənd sakinlərindən birinin həyətyanı sahəsinin hasarına çırpılıb. Sürücü İlqar Cəfərov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
:15
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyi (FHN) də hadisə barədə məlumat yayıb. Məlumata görə, "112" qaynar telefon xəttinə Şamaxı rayonunun Göylər Dağ kəndində “Shacman” markalı yük avtomobilinin aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1964-cü il təvəllüdlü Səfərov İlqar Əlikişi oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter