• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabad sakini qətl törədib

  • 29.07.2022, 08:08, Baxış sayı:
  • 193
Sabirabad sakini qətl törədib
Sabirabad sakini həyat yoldaşını qətlə yetirib, baldızını isə yaralayıb.
“Muganinsesi.az” APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri Xəqani küçəsi 11-də yerləşən mənzillərdən birində baş verib.
Həmin ünvanda kirayə yaşayan Sabirabad rayonunun Qarağac kənd sakini, 1992-ci il təvəllüdlü Qəmbərov Kəmaləddin Rasəddin oğlu, həyat yoldaşı - Sabirabad rayonunun Beşdəli kənd sakini, 1994-cü il təvəllüdlü Qəmbərova Cəmilə Yaqut qızını bıçaqla qətlə yetirib.
Qəmbərov Kəmaləddin daha sonra baldızı Məcidova Sevinc Yaqut qızına ayağından xəsarət yetirərək hadisə yerindən qaçıb.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində K.Qəmbərov saxlanılıb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter