• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Dinc əhalinin yaşadığı binaların hədəf alınması bir daha Ermənistanın terror dövlətinin olduğunun göstəricisidir

  • 03.02.2022, 08:50, Baxış sayı:
  • 283
Dinc əhalinin yaşadığı binaların hədəf alınması bir daha Ermənistanın terror dövlətinin olduğunun göstəricisidir
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhəri oktyabr ayı ərzində 5 dəfə mənfurcasına Ermənistan silahlı birləşmələri tərəfindən raket atəşinə məruz qalmışdır.
Ortada olan dəlil və sübutlara baxmayaraq Ermənistan siyasi rəhbərliyi bu hücumları inkar etmiş, yalnız birinci hücuma görə Qondarma Dağlıq Qarabağ rəhbərliyi məsuliyyət daşıdığını bildirmişdir. Raket hücumları BMT, Avropa İttifaqı və Türkiyə tərəfindən qınanmışdır. Bu raket hücumları zamanı hərbi obyektlərin deyil dinc əhalinin yaşadığı binaların hədəf alınması bir daha Ermənistanın terror dövlətinin olduğunun göstəricisidir. 11 oktyabr da baş vermiş dörduncu hücum Rusiya Federasiyasının iştrakı ilə iki dövlət arasına imzalanan hümanitar atəşkəsdən bir neçə saat sonra başvermişdir. Burada xüsusilə xatırlatmaq yerinə düşər ki, sentyabrın 27-dən başlayan müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan ordusu onun rəhbərliyinin, o cümlədən, Baş nazir Nikol Paşinyanın ağ bayraq qaldırmasından, onun dünya liderlərinə yalvarmasının nəticəsi olaraq Azərbaycanla Ermənistan arasında humanitar məqsədli müddətli atəşkəs rejiminin bərqərar olmasından sonra bu addımı atması işğalçı dövlətin havadarı olan Rusiya və onun liderlərinin birbaşa qarantiyası əsasında baş tutan bu anlaşmanın Ermənistan tərəfindən pozulması beynəlxalq hüququn pozulmasından başqa, həm də Rusiyanın imicinə çox böyük zərbədir. Teror dövləti Gəncədə insanların sıx yaşadığı ərazini gecə saatlarında insanların yatdığı bir vaxtda raket atəşinə tutmuşdur.
Dünya tarixinə yazılacaq bu ən qanlı terror aksiyası bir daha sübut etdi ki, Ermənistan dövlət səviyyəsində terroru himayə edən bir dövlətdir. Gəncə hərbi əməliyyatların getdiyi yerdən 60 kilometr aralıda yerləşsə də, bu şəhərin raket zərbələrinə məruz qalması beynəlxalq hüququn kobud şəkildə pozulmasıyla bərabər, düşmən ölkənin məqsədlərindən xəbər verir. Bu hücumlar zamanı 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.
Ermənistanın mülki şəxslərə raket hücumlarından həyatını itirənlər və yaralananlar arasında azyaşlılar da vardır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu hücumları “Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırım aktı” adlandırıb.
Hücumlar Azərbaycan hökuməti tərəfindən güclü formada qınanmışdır və üçüncü hücum Azərbaycan xalqına qarşı soyqırım aktı kimi qiymətləndirilmişdir. Azərbaycan prezidenti İlham Əliyev üçüncü hücumu müharibə cinayəti adlandırmış, atəşkəsin pozulması kimi qiymətləndirmiş və uyğun cavabın veriləcəyini bildirmişdir. O, həmçinin dördüncü hücumu da müharibə cinayəti adlandırmış və uyğun cavabın veriləcəyinə söz vermişdir, Əliyev əlavə etmişdir ki, beynəlxalq icmanın reaksiya göstərməyəcəyi təqdirdə, Azərbaycan Ermənistanı cəzalandıracaqdır. Azərbaycanın ombudsmanı Səbinə Əliyeva Ermənistanı terrorizmi dəstəkləməkdə ittiham etmişBeynəlxalq səviyyədə, 3-cü və 4-cü hücumlar qardaş Türkiyə tərəfindən qınandı və sonuncusu muharibə cinayəti adlandırıldı. Azərbaycandakı Qətər, İsveçrə, Malayziyavə Britaniya səfirləri 3-cü hücuma görə, təəssüf etdiklərini ifadə etdilər və başsağlığı verdilər. Avropa İttifaqı 4-cü hücumu qınamışdır və BMT-nin baş katibi Antoniu Quterreş bunu qəbuledilməz adlandırdı.

Zəfər Cəfərov,
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında
həkim-anestezioloq
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter