• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

103 yaşlı Prokurorluq

  • 01.10.2021, 09:27, Baxış sayı:
  • 279
103 yaşlı Prokurorluq
Bu gün Prokurorluq işçilərinin peşə bayramı günüdür

1 oktyabr Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günüdür. Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə söykənir.
Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanları fəaliyyətə başlayıb. Həmin günün Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə prezident sərəncamı isə 17 iyul 1998-ci ildə imzalanıb.
Yarandığı gündən indiyə qədər Azərbaycan dövlətinin 31 baş prokuroru olub. Bu vəzifəyə 2 dəfə təyinat alan Xəlil bəy Hacıbaba oğlu Xasməmmədovla Bahadır Qasım oglu Vəlibəyovdur.
Azərbaycan Xalq Cümhuriyyətinin ilk və sonuncu prokuroru Xəlil bəy Xasməmmədov olub. 28 may 1918-ci ildə bu vəzifənin icrasına başlayan X.Xasməmmədov 22 gün sonra postunu Fətəli xan Xoyskiyə təhvil verib. Ölkəmizin sayca 3-cü prokuroru Teymur bəy Makinski olub. 26 dekabr 1918-ci ildə bu posta təyinat alan T.Makinski 1919-cu ilin martına qədər bu vəzifədə qalıb. 14 mart 1919-cu ildə prokuror vəzifəsinə təyin olunan Aslan bəy Səfikürdski həmin ilin dekabrında postunu Xəlil bəy Xasməmmədova təhvil verib.
Azərbaycan Xalq Cümhuriyyətinin süquta yetirilməsindən sonra Azərbaycan SSR-in ilk prokuroru Əliheydər Qarayev təyin olunub. Onu 1937-ci ildə güllələyiblər. Sonradan isə Sergey Timofeyeviç İvanov, Bahadır Qasım oglu Vəlibəyov (2 dəfə bu posta təyinat alıb), Böyükağa Mirqasım oğlu Talıblı, Hüsü Hüseynəli oğlu Hacıyev, Ayna Mahmud qızı Sultanova, Yaqub Məmməd oğlu Məmmədov, Ağahüseyn Mehdi oğlu Əlihuseynov, Cəbrayıl Haşım oğlu Cəbrayılzadə, Xəlil Sədrəddin oğlu Əfəndiyev, Əliabbas Nəcəf oğlu Əliyev, Hacı Məmməd oğlu Rəhimov, Adil Salman oğlu Babayev, Seyfulla Əkbər oğlu Əkbərov, Qambay Ələsgər oğlu Məmmədov, Abbas Məmmədtağı oğlu Zamanov, İlyas Abbas oğlu İsmayılov olublar.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra İsmət İsmayıl oğlu Qayıbov baş prokuror təyin olunub. Onun Qarakənd səmasında vurulan vertolyotda faciəli ölümündən sonra Murad Köçəri oğlu Babayev, ardından isə İxtiyar Əlibala oğlu Şirinov, Əli Ömər oğlu Ömərov, Eldar Hümbət oğlu Həsənov, Zakir Bəkir oğlu Qaralov və nəhayət, hazırda bu postu tutan Əliyev Kamran Bayram oğlu baş prokuror vəzifəsinə təyinat alıblar.
103 il əvvəl yaradılan bir qurumda çalışaraq qanunçuluğun keşiyində dayanmaq, hər kəsin qanun qarşısında hüquq bərabərliyini təmin etmək kimi ümdə vəzifəni daşıyanlara bu çətin işlərində uğurlar arzulayırıq.

“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter