• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadda ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanılıb

  • 04.09.2021, 10:01, Baxış sayı:
  • 345
Sabirabadda ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanılıb
Sabirabad rayonunda ağacların qanunsuz kəsilməsi ilə bağlı ETSN-nin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Sabirabad Rayon Prokurorluğundan verilən məlumata görə, müəyyən edilmişdir ki, rayonun Qaragüney kəndi ərazisində “Azərişıq” ASC-nin Sabirabad Elektrik Şəbəkəsi üçün yeni inzibati binasının tikintisi zamanı “Admiral-2012” MMC tərəfindən yaşıllıqların götürülməsinə dair ekoloji ekspertiza rəyi olmadan 8 ədəd müxtəlif cinsli ağacların kökboğazından kəsilməsi nəticəsində təbiətə 3 min 380 manat məbləğində ziyan dəymişdir.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.3 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Rayon Polis Şöbəsinin İstintaq Bölməsinə tapşırılmışdır.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
/Muganinsesi.az/
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter