Sabirabadda azyaşlı 3-cü mərtəbədən yıxılıb
- 07.08.2021, 10:25, Baxış sayı:
- 420
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabad rayonunda bədbəxt hadisə baş verib.
Hadisə Sabirabad şəhəri İ.Qayıbov küçəsində qeydə alınıb.
Sabirabad şəhər sakini, 2019-cu il təvəllüdlü Cəfərzadə Mirəli Miryaqub oğlu beşmərtəbəli binanın 3-cü mərtəbəsindən yıxılaraq kəllə-beyin travması alıb.
Azyaşlı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, əməliyyata götürülüb.
/Muganinsesi.az/