Sabirabad Sənaye Məhəlləsində yeni rezident
- 08.07.2021, 21:44, Baxış sayı:
- 372
Facebook
Вконтакте
Одноклассники
Google+
“Humix” MMC-yə İqtisadiyyat Nazirliyinin Sabirabad Sənaye Məhəlləsinin rezidenti statusu verilib və bununla da sənaye məhəlləsinin iştirakçılarının sayı 8-ə çatıb.
"Muganinsesi.az" bu barədə nazirliyə istinadən xəbər verir.
Yeni rezident bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr istehsal edəcək. İstehsal sahəsində 10 nəfər işlə təmin olunacaq.
20,3 hektar ərazini əhatə edən Sabirabad Sənaye Məhəlləsində - yun tədarükü, heyvan yemi, hibrid toxum istehsalı, bal və arıçılıq məhsullarının istehsalı və qablaşdırılması, yuyucu və təmizlik vasitələrinin istehsalı və qablaşdırılması və s. sahələr üzrə rezidentlər qeydiyyata alınıb.