• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Milli Qurtuluşun zəfər salnaməsi

  • 17.06.2021, 11:06, Baxış sayı:
  • 473
Milli Qurtuluşun zəfər salnaməsi
Hələ ötən əsrin 70-ci illərində xalqımızın milli özünüdərki, vətənpərvərlik hissinin oyanışı da Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrdə yeni, iri sənaye müəssisələrinin yaradılması, bu müəssisələrdə istehsal edilən məhsulların xarici bazarlara ixracına başlanması, milli mənliyin formalaşmasına güclü təsir edən ana dilinin inkişafına qayğı göstərilməsi, mədəniyyətin zənginləşdirilməsi, xalqın intellektual səviyyəsinin yüksəldilməsi, xüsusən, gənclərin ən müasir bilik və texnologiyalara yiyələnməsi üçün xaricdəki dünya şöhrətli ali təhsil müəssisələrinə göndərilməsi, Bakıda ilk hərbi məktəbin təşkil edilməsi və digər məqsədyönlü tədbirlər bu günkü müstəqil dövlətçiliyimizin bünövrəsini təşkil etmişdir.
Ötən əsrin 90-cı illərinin əvvələrində xalqımız dövlət müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzbəüz qalanda da Heydər Əliyev Azərbaycana xilaskarı kimi qədəm qoydu. Azərbaycan 1993-cü ilin iyun ayında üzləşdiyi taleyüklü mərhələni məhz qətiyyətli və müdrik lideri Heydər Əliyevin rəhbərliyi altında geridə qoymuş, elmi təməl üzərində davamlı inkişaf yolunu müəyyənləşdirmişdir.
Bu günkü inkişafa, sabitliyə görə biz Heydər Əliyevə borcluyuq. Heydər Əliyev yolu şərəfli yoldur. Məhz bu yol Azərbaycanı daha işıqlı, daha xoşbəxt sabaha qovuşduracaqdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev bu siyasətin layiqli davamçısı olduğunu əməli işi ilə sübut etmişdir.

Rahilə Hadiyeva,
“Muğanın səsi” qəzetinin əməkdaşı

Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter