Vətən müharibəsinin hər bir iştirakçısı dövlətin diqqət və qayğısı ilə əhatə olunub
- 19.04.2021, 16:35, Baxış sayı:
- 379
Facebook
Вконтакте
Одноклассники
Google+
Vətən Müharibəsində iştirak etmiş hər bir hərbiçinin müraciətinə dövlət həssaslıqla yanaşır. Müdafiə Nazirliyində səfərbərlikdən tərxis olunan şəxslərin müraciətlərinə baxılması üzrə xüsusi komissiya yaradılıb. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən cəmi bir neçə gün ərzində 800-ə yaxın müraciətə baxılıb və həll olunması üzrə müvafiq tədbirlər görülüb. Hər kəsə məlumdur ki, Əlçatanlıq və şəffaflıq dövlətin təşəbbüslərini xarakterizə edən əsas göstəricilərdir. Komissiyanın fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılması məqsədilə səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması prosesində media nümayəndələri də iştirak edib.
Vətən müharibəsinin hər bir iştirakçısı dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Nazirlər Kabinetinin 2021-ci il 30 yanvar tarixli 24 nömrəli Qərarına əsasən Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə xüsusi Komissiya yaradılmışdır. Həmçinin, hərbçilər tibbi sosial ekspertiza ilə təmin olunacaqlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı məsələlərin operativ həlli məqsədilə xüsusi komissiya da yaradılıb.
Bütün bunlardan əlavə olaraq qeyd etmək istəyirəm ki, döyüşlərdə iştirak etmiş hərbçilərə psixoloji yardım da göstərilir və bu proses davam etdirilir.
Bəydabə VƏLİYEV,
II dərəcəli
"Əmək"
ordenli ,
fermer