Müharibənin fəsadları uğurla aradan qaldırılır
- 14.04.2021, 15:17, Baxış sayı:
- 504
Facebook
Вконтакте
Одноклассники
Google+
Müharibə vaxtı Ermənistan beynəlxalq hüququn bütün normalarını pozaraq Gəncəni, Bərdəni və başqa sivil yaşayış məskənlərini raket atəşinə tutdu. Qeyri vaxt insan hüquqlarından ağız dolusu danışan beynəxlaq qurumlar bu müharibə cinayətinə göz yumdular, susdular. Bu onların riyakarlığının bariz nümunəsidir. Raket atəşi nəticəsində insan təlafatı oldu. Mülkü obyektlər dağıdıldı.
Amma dövlətimiz öz vətəndaşını tək buraxmadı. Müharibə böyük resurs tələb edir. Xüsusəndə maliyyə resursu. Müharibənin gedişatında belə dövlətimiz xalqa bir gün olsun hansısa çatmışmazlıq, qıtlıq hiss etdirmədi. Ölkə iqtisadiyyatı öz ritmik fəaliyyətinə davam edirdi. Dağılmış evlərə görə vətəndaşlara konpensasiyanın verilməsinə tezliklə başlanıldı. Mülki əhaliyə dəymiş ziyanın ödənilməsi prosesi dövlətin nəzarətindədir. 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlərin görülməsi məqsədilə Dövlət Komissiyası yaradılıb. Dövlətin qayğısı zərər çəkmiş bütün mülki əhalini əhatə edəcəkdir.
Zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə dövlət maliyyə yardımları göstərəcəkdir. Dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə isə 1000 (bir min) manat məbləğində yardım göstəriləcəkdir.
Bunlar dövlətimiz qüdrətli olduğunu, daima öz vətəndaşını müdafiə etdiyini göstərir.
Əli Nuriyev,
Sabirabad rayonu, Azərbaycan
Dövlət İqtisad Univeristetinin tələbəsi