Ermənistanın Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin həllinə dair imzaladığı anlaşmaya görə baş nazirinin istefası tələb edilir. Dekabrın 5-də 16 siyasi partiya bununla bağlı birgə bəyanat imzalayıb. Amma Paşinyan istefaya getmədi. Ermənistandan gələn xəbərlərdə deyilir ki, çərşənbə axşamı etirazçılar Ermənistanın paytaxtı İrəvanın müxtəlif küçələrində hərəkəti müvəqqəti bağlayıblar. İrəvanın metropolitenindəki bir stansiyada qatarlarını hərəkətinə də əngəl törədilib. İrəvan metropoliteninin mətbuat katibi Tatev Xaçaturyan “Associated Press”-ə bildirib ki, “metronun növbəti bildirişinə qədər qatarların dayandırılması lazım gəlib”.
Bənzər etiraz aksiyaları Ermənistanın digər şəhərlərində də keçirilib. Polis İrəvanda 81, Ararat şəhərində isə 7 nümayişçini saxlayıb. Erməni Apostol Kilsəsi çərşənbə axşamı müxalifətin Paşinyanın istefa çağırışlarına qoşulub. Kilsənin rəhbəri Bütün Ermənilərin Katolikosu II Qaregin vurğulayıb ki, bu addım ictimai həyatda baş verən təlatümün, mümkün toqquşmaların və faciəvi nəticələrin qarşısını alacaq.
Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. Lakin 1994-cü ildə orada separatçı müharibə başa çatdıqdan sonra ərazillər Ermənistanın nəzarətinə keçib. 26 il Dağlıq Qarabağ və ona bitişik 7 bölgə ermənilərin əlində qalıb.
Sentyabr ayının sonlarında baş verən ağır döyüşlər iki keçmiş sovet ölkəsi arasında uzanan münaqişədə ən böyük gərginlik olub. Ermənistan hakimiyyəti döyüş əməliyyatları nəticəsində ən azı 2718 erməni hərbçinin və 55 mülki şəxsin öldüyünü deyib. Azərbaycanın verdiyi məlumata görə, döyüşlərdə 2783 hərbçi şəhid olub, 100-dən çoxu itkin düşüb. Hökumət 94 mülki şəxsin də öldüyünü və 400-dən çox insanın yaralandığını bildirib.
10 noyabrda Rusiya vasitəçiliyi ilə müharibəyə son qoyan barışıq müqaviləsi qüvvəyə minib. Razılaşmaya görə Ermənistan Dağlıq Qarabağ və ətraf ərazilərdə nəzarəti itirib. Azərbaycan ərazi bütövlüyünü təmin edib və Dağlıq Qarabağın, eləcə də ətraf ərazilərin nəzarətini əlində saxlayıb.
Azərbaycan bu ərazilərin geri qaytarılmasını ötən həftə tamamlayıb və hərbi əməliyyatların sona çatmasını milli qələbə kimi qeyd edib. Bu hadisəni xatırlamaq üçün Prezident İlham Əliyev 8 noyabr – Qələbə Günü adlı yeni bir milli bayram təsis edib.
Erməni müxalifət liderləri Paşinyanı Ermənistan üçün daha faydalı ola biləcək şərtlərlə hərbi əməliyyatların daha əvvəl dayandırılması barədə razılığa gəlməməsinə görə məsuliyyət daşıdığını deyir. Bununla birlikdə, müxalifətin sülh müqaviləsini ləğv etməkdə israrlı olduqlarını söyləyirlər.
“Associated Press”, 8 dekabr 2020