Azərbaycan prezidenti təxribatlara görə məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü bildirib
- 14.09.2022, 10:17, Baxış sayı:
- 375
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan prezidenti İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı genişmiqyaslı təxribatlara görə məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü və Azərbaycan tərəfindən cavab tədbirlərinin görüldüyünü diqqətə çatdırıb.
Dövlət başçısı telefon danışığı əsnasında regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, sülh gündəliyinin davam etdirilməsinin vacibliyi vurğulayıb.