• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Prezident: “Erməni işğalçıları 30 il ərzində işğal edilmiş ərazilərdə azərbaycanlıların mədəni və dini irsinin silinməsinə çalışıb”

  • 30.06.2022, 12:35, Baxış sayı:
  • 403
Prezident: “Erməni işğalçıları 30 il ərzində işğal edilmiş ərazilərdə azərbaycanlıların mədəni və dini irsinin silinməsinə çalışıb”
Erməni işğalçıları 30 il ərzində işğal edilmiş ərazilərdə azərbaycanlıların mədəni və dini irsinin silinməsinə çalışıb.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan işğala son qoyaraq beynəlxalq ədaləti bərpa edib və indi azad edilmiş ərazilərə səfər edən hər kəs azərbaycanlıların dini-mədəni irsinə qarşı törədilmiş vandalizmi öz gözləri ilə görə bilir:
“Ermənistanın bizim ərazilərimizin təxminən 20 faizini işğal etməsi etnik təmizləmə ilə nəticələndi, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi. Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən silindi. İndi azad edilmiş ərazilərə səyahət edənlər bunu - bu barbarizmi, vandalizmi, bizim məscidlərimizin murdarlanması, mədəni və dini abidələrimiz dağıdılmasını öz gözləri ilə görə bilərlər. Bütün bunlar faktlardır, necə erməniyönlü qüvvə olmasından asılı olmayaraq, heç kim buna göz yuma bilməz. Onların dəstəkçiləri buna məhəl qoymamağa çalışırlar, amma onlar bu faktlara məhəl qoymaya bilmirlər. Çünki artıq on minlərlə insan azad edilmiş ərazilərə səfər edib, bura xarici ziyarətçilər - siyasətçilər, parlament üzvləri, parlament sədrləri, jurnalistlər, ekspertlər və sıravi insanlar daxildir. Biz buna son qoyduq. Biz ədaləti, beynəlxalq hüququ bərpa etdik”.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter