Ərdoğan AÇIQLADI: Soçidə bu məsələ HƏLL EDİLİB
- 30.11.2021, 12:05, Baxış sayı:
- 319
Facebook
Вконтакте
Одноклассники
Google+
"Xüsusi ilə demokratiya və Azadlıqlar Adasındakı toplantımızda Türk Şurasının adını Türk Dövlətləri Təşkilatına dəyişdirdik. Bütün liderlər buna çox səmimi yanaşdı. Ancaq bundan narahat olanlar da yox deyil. Bu məsələdə Rusiyanın rahatsız olub-olmadığını deyə bilmərəm. Çünki cümə günü Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevin Rusiyada görüşü var idi (noyabrın 26-da keçirilən Soçi görüşüşün nəzərdə tutur - red.). Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə bir toplantı reallaşdırıldı".
Publika.az "TRT Haber"ə istinadal xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Zirvə toplantısından ölkəsinə qayıdarkən jurnalistlərin sualına cavabında bildirib.
"Bu toplantı ilə bağlı qardaşım İlham Əliyevlə keçirdiyim görüşdə o, yığıncağın çox yaxşı və məhsuldar keçdiyini söylədi. Bu toplantı nəticəsində Araz çayı boyu dəmiryolu, avtomobil yolu tikintisi məsələsi də həll edildi. Bununla yanaşı İğdıradək salınacaq avtomobil yolu məsələsi də var. Avtomobil yolu vasitəsi ilə Naxçıvanın çətinliklərini aşmaq, başqa tərəfdən Ermənistan ərazisindən keçməklə burada Azərbaycanın İğdır ilə əlaqələrinin yaranması üçün uğurlu bir addım olacaq. Dəmiryolu və avtomobil yolu vasitəsi ilə yük və sərnişin daşınması sahəsində də əhəmiyyətli addım atılacaq
Daha öncə də "3+3" platformasını gündəliyə gətirmişik. Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, İran və qəbul edəcəyi halda Gürcüstan da bu platformanın baş tutması ilə bölgədə sülhü çox açıq və qəti şəkildə dəstəkləyəcək".