Rusiyadan Qarabağla bağlı SON DƏQİQƏ AÇIQLAMASI: Məsələnin həlli...
- 17.11.2021, 17:29, Baxış sayı:
- 344
Facebook
Вконтакте
Одноклассники
Google+
"Rusiya Azərbaycanla Ermənistan arasındakı sərhəddəki mövcud vəziyyətlə bağlı tərəfləri təmkinli olmağa çağırır və üçtərəfli razılaşmaların icrasına tərəfdardır".
Publika.az-ın xəbərinə görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Döyüşlərin yenidən başlaması ciddi narahatlıq doğursa da, Rusiyanın vasitəçiliyi sayəsində bunu dayandırmaq mümkün oldu. Rəsmi Moskva vasitəçilik səylərini davam etdirəcək. Məsələni yalnız Qarabağla bağlı ümumi razılaşmaları yerinə yetirməklə həll etmək mümkündür”, - o deyib.
D.Peskov Rusiya, Azərbaycan, Ermənistan liderləri arasındakı görüşün zəruri olduğunu, amma bunun üçün bütün tərəflərin razılıq verməsinin vacibliyini söyləyib.